Xəbərlər
Azərbaycan müdafiə naziri İstanbulda “İDEF–2015” beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək
Mayın 5-də Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nümayəndə heyəti İstanbulda keçiriləcək “İDEF–2015” beynəlxalq müdafiə sərgisində iştirak edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nümayəndə heyəti sərginin pavilyonlarına baxış keçirəcək, müxtəlif ölkələrin və müdafiə sənayesi şirkətlərinin silah-texnika və hərbi avadanlıq istehsalı sahəsində əldə etdikləri nailiyyətlərlə tanış olacaq.
Sərginin keçirildiyi günlərdə bir sıra ikitərəfli müzakirələr, o cümlədən Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Hülusi Akar ilə görüş planlaşdırılıb.