Xəbərlər
Hər zaman birlikdə...
Eldar Əsədov
YAP Tərtər rayon təşkilatının sədri
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri onu göstərir ki, dövlətlər arasındakı dostluq və əməkdaşlıq münasibətləri hər iki tərəf üçün maraqlıdır. Bu dostluq və əməkdaşlığın inkişafını analiz edəndə görürük ki, əməkdaşlıq yüksək səviyyədədir. Dostluğun bariz nümunəsi olaraq Azərbaycanın yeritdiyi siyasət, apardığı haqq-ədalət mübarizəsi Qazaxıstan dövləti tərəfindən birmənalı olaraq dəstəklənib.
Bu gün də Azərbaycanın inkişaf potensialı yetəri qədər yüksəkdir. Hazırda ölkələrarası əlaqələr yüksək şəkildə inkişaf edir. Azərbaycan və Qazaxıstan neft, rabitə, kənd təsərrüfatı sahəsində sıx əməkdaşlıq edir. Ən önəmli məsələlərdən biri də strateji münasibətlərin inkişafıdır. Bütün bunlar iki dövlət arasındakı əlaqələrin daha da güclənməsinə öz töhfəsini verir.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri bir daha sübut edir ki, Azərbaycanla Qazaxıstan arasında münasibətın yaxşılaşdırılması həm iqtisadi baxımdan, həm də insanların rifahının yüksəldilməsi, dostluq və qardaşlığın möhkəmləndirilməsi baxımından çox dəyərlidir. Ölkə başçımızın Qazaxıstan Respublikasının Prezidenti tərəfindən Qazaxıstanın Ali Ordeni ilə təltif etməsi, eləcə də işğaldan azad olunmuş Füzuli rayonunda xüsusi uşaq yaradıcılıq mərkəzinin tikintisinə başlanılması, bünövrəsinin qoyulması bir daha sübut etdi ki, iki qardaş ölkə bir-birinə dəstək verməkdə və bu dəstəyi genişləndirməkdədir. Azərbaycanın dövlət rəhbəri haqqında Qazaxıstanın Prezidentinin söylədiyi xoş sözlər, dəyərli fikirlər göstərdi ki, həqiqətən də Azərbaycan Prezidenti bu gün dünyada sülhün, əminamanlığın bərqərar olmasında, eləcə də ölkələrarası münasibətlərin yaxşılaşdırılmasında fəal, mübariz, həm də uzaqgörən siyasi xadimdir. Dövlətlər arasında bir çox vacib sənədlərin imzalanması hər iki dövlət arasında münasibətlərin inkişafının sürətləndirilməsinə və irəliyə doğru addımların atılmasında önəmli yer tutur.
Belə nəticəyə gəlmək olar ki, bu görüşdən sonra da Azərbaycan-Qazaxıstan münasibətləri yüksələn xətt üzrə inkişaf edəcəkdir. Möhtərəm Prezidentimizin dediyi kimi hər iki dövlət bir çox beynəlxalq tədbirlərdə, bir-birilərinin mövqelərini, haqq, ədalət uğrunda apardıqları mübarizəni dəstəkləmiş və bundan sonra da dəstəkləyəcəkdir.