YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kadr potensialı gücləndirilir

“Hazırda Azərbaycanda rəqabətədavamlı gənc kadrlar formalaşmaqdadır. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi kadr islahatlarının bariz nümunəsidir. Gündən-günə ölkənin gənc kadr potensialı gücləndirilir”.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Asif Əsgərli bildirib.

A.Əsgərli vurğulayıb ki, dövlət idarəetmə sistemində ölkə başçısı tərəfindən gənc kadrlara yüksək etimad göstərilir: “Prezident İlham Əliyevin davamlı olaraq məmurlara tapşırıq və tövsiyələr verməsi idarəetmədə kadr islahatının önəmli cəhətidir. Bu yaxınlarda Prezident İlham Əliyev Masallı, Lerik və Göygöl rayonlarının yeni icra hakimiyyəti başçılarını qəbul edərkən çox ciddi tapşırıqlar verdi. Ölkə başçısı qeyd etdi ki, idarəetmədə çox ciddi islahatlar, çox böyük təmizləmə işləri aparılır: “Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar da bunu görürlər. Ona görə siz dövlət məmurları kimi bu hallara çox ciddi fikir verməlisiniz”.

Diqqət çəkən məqam odur ki, dövlətin bu addımları, Prezidentin kadr islahatları cəmiyyət tərəfindən təqdir olunur.

A.Əsgərlinin fikrincə, artıq ölkədə müxtəlif sferaların inkişafında gənclər aktivlik göstərirlər: “Prezident dəfələrlə çıxışlarında gənc kadrlara olan inam və etimadını açıq şəkildə bildirib. Kadr seçimində bu yanaşma təbii seçmə üsulu ilə aparılır. Bütün bunlar düşünülmüş və dövrün çağırışlarından irəli gəlir. Əlbəttə ki, aparılan kadr islahatları, gənclərin önə çəkilməsi perspektiv planları özündə əks etdirir. Artıq hər bir yerdə müasir idarəetmə qaydaları tətbiq olunur. Elə dövlətimizin həyata keçirdiyi siyasətin məqsədi də bundan ibarətdir. Bu gün vəzifə səlahiyyətlərini aşan və qanunsuz işlər görən məmurlara qarşı dövlət tərəfindən sərt davranış göstərilir. Qanunsuz işlərlə məşğul olmaq istəyənlər anındaca cəzalandırılır”.

YAP İdarə Heyətinin üzvünün sözlərinə görə, müasir düşüncəli yeni kadrlara vəzifələrin verilməsi cəmiyyətin dövlətə və Prezidentə inamını daha da artırır: “Bu yenilənmə prosesi məmur-vətəndaş münasibətlərini də dəyişib. Yeni kadrlar kabinetlərdə deyil, cəmiyyət arasında, səyyar qəbullarda daha çox görünürlər. Ölkə başçısının kadr islahatlarının əsas mahiyyəti məmurlara cəmiyyətin inamının artmasıdır. İnanırıq ki, Prezidentin idarəetmə sistemində bu islahatları Azərbaycanın dayanıqlı inkişafına böyük təkan verəcək”.

DİGƏR Xəbərlər Arxiv