YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zaman dəyişir, erməni düşüncəsi dəyişmir…

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Tarixən qonşu ölkələrin torpaqlarına göz dikən erməni şovinizminin təşkilatçıları və daşıyıcıları zaman-zaman rüsvaycasına məğlubiyyətlə qarşılaşsalar da, öz çirkin niyyətlərindən əl çəkmirlər.

Zaman dəyişir, sivilizasiyalar bir-birini əvəz edir, amma erməni düşüncəsi dəyişmir. Bu milləti idarə edən xarici qüvvələr onları yalnız və yalnız bədbəxtliyə, rəzalətə sürükləyirlər. 30 ilə yaxın Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan cinayətkar rejimin qanunazidd əməlləri sonda Ermənistan üçün ciddi problemə çevrildi. 44 günlük müharibədə Azərbaycan Ordusu işğalçı Ermənistan ordusunu darmadağın etdi. Bununla da fantaziyalara söykənən erməni mifi puç oldu, tarixin arxivinə atıldı. Ancaq təəssüflər olsun ki, erməni xisləti, bəd niyyəti tükənmir, bitmir.

Onlar Laçından çıxmağı hər vəchlə yubatmaq istəsələr də, Azərbaycan Prezidentinin qətiyyəti və iradəsinin qarşısında tab gətirə bilməzdilər. İşğalçı ölkəyə ən tutarlı cavabı da Prezident İlham Əliyev verdi.

Prezident İlham Əliyev bir daha Ermənistana götürdüyü öhdəliyi xatırlatdı: “10 noyabr 2020-ci il Bəyannaməsində açıq-aydın göstərilir ki, yeni yol çəkiləcək və üç il ərzində bu yolun planlaşdırılması və razılaşdırılması təmin edilməlidir. Bu bəndi üçtərəfli Bəyanata saldıran məhz Azərbaycandır. Ermənistanı Xankəndi ilə birləşdirən yol Laçın şəhərinin içindən keçir. Əgər bu bənd olmasa idi, o zaman Laçın şəhəri beş kilometr enində olan zonaya düşəcəkdi və tez bir zamanda oraya keçmiş köçkünləri qaytarmaq mümkün olmayacaqdı”.

Dövlət başçısı, həmçinin ermənilərin bugünkü əməllərinin beynəlxalq hüquqa zidd olduğunu bildirdi: “Laçın şəhərindən, Zabux və Sus kəndlərindən qanunsuz məskunlaşmış insanlar çıxarılmalıdır. Onların orada qalması hərbi cinayətdir. Çünki o, Cenevrə konversiyalarının qaydalarına ziddir. İşğalçı ölkə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma apara bilməz. Bu, hərbi cinayətdir. Laçın şəhərinin, Sus, Zabux kəndlərinin camaatı yaxın zamanlarda öz doğma yerlərinə qayıdacaqdır”.                                                         

Bu gün Laçından çıxan erməni 30 il əvvəl düşünməli idi ki, başqasının torpağını zəbt edib yalnız bir müddət orada yaşaya bilər. 30 il səksəkədə yaşayıb bu gün fəryad qoparan riyakarlar evləri, şəhəri, kəndləri, təbiəti belə yandırmaqdan çəkinmədilər.

Biz doğma yurdumuzu bərpa edib quracağıq, buna dövlətimizin yetərincə gücü, soydaşlarımızın tükənməyən əzmi var.

Yanan isə erməni şovinizmi, erməni xisləti, bir də o bədbəxt millətin başına min bir oyun gətirən ermənipərəstlərin puç olan arzularıdır.