YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Səttar Mehbalıyev: Həmkarlar ittifaqının həyata keçirdiyi nəzarət tədbirləri öz bəhrəsini verməkdədir

Azərbaycanda istehsalat sahələrində baş verən bədbəxt hadisələrin sayı azalıb. Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib.

S.Mehbalıyev bildirib ki, işəgötürənlərlə birlikdə əməyin mühafizəsinə dair müsabiqələr keçirilir və məlumatlandırma işləri aparılır. Onun sözlərinə görə, müəssisələrdə sağlam və təhlükəsiz əmək şəraiti sahəsində həmkarlar ittifaqının həyata keçirdiyi nəzarət tədbirləri artıq öz bəhrəsini verməkdədir.

«Azərbaycanın müstəqillik illəri ilə bu gününü müqayisə  etsək görərik ki, istehsalatda baş verən hadisələr 4 dəfə azalıb. 2009-cu ildən etibarən biz əməyin mühafizəsi ilə bağlı müsabiqələr keçirdirik. Hər il müsabiqədə iştirak edən təşkilatların sayı çoxalır. Biz işəgötürənlərdən sadəcə onu tələb edə bilərik ki, işçilərin sağlamlığına, onların gələcəyinə ciddi fikir versinlər»- deyə, S.Mehbalıyev vurğulayıb.