Xəbərlər
YAP Bərdə rayon təşkilatında media nümayəndələri ilə görüş keçirilib

YAP Bərdə rayon təşkilatında rayon Gənclər və İdman İdarəsi ilə birlikdə 22 iyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələri ilə görüş keçirilmişdir.
Tədbirdən öncə YAP Bərdə rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin rəhbərliyi və kollektivi rayonun media nümayəndələri ilə birlikdə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək əziz xatirəsinə ehtiramlarını bildirmişlər.
Tədbir Ulu öndər Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin, milli mətbuatın banisi H.B.Zərdabinin xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
Tədbiri giriş sözü ilə açan YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya media nümayəndələrini təbrik etmiş, dövlətin bu sahəyə olan diqqət və qayğısından danışmışdır. Vətən müharibəsində qazanılan böyük Qələbənin əldə olunmasında media nümayəndələrinin də bütün xalq və Ordu kimi Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx, Dəmir Yumruq kimi birliyini xüsusilə vurğulamışdır.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli çıxış edərək jurnalist ordusunun söz və qələmi ilə Vətən müharibəsindəki xidmətlərindən söz açmış, bu gün informasiya cəbhəsində daim dövlət siyasətini dəstəklədiklərini önə çəkmişdir.
Media nümayəndələri dövlətin bu sahəyə göstərdikləri diqqət və qayğıdan məmnun olduqlarını ifadə etmişlər.
Sonda rayonun media nümayəndələrinə YAP Bərdə rayon təşkilatının və rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərmanı və hədiyyələr təqdim edilmişdir.