Xəbərlər
Cahit Bağçı: Şuşa Bəyannaməsinin imzalanması türk dövlətlərini birləşdirmək üçün atılan addımdır
Şuşa Bəyannaməsi bir yol xəritəsidir. Strategiyamızı və taktikamızı yeniləməli və dəyişməliyik. Amma fəlsəfəmiz dəyişmir. Biz birlikdə güclüyük. Azərbaycan və Türkiyə bir əl, bir yumruq olmalıdır ki, regionda daima möhkəm və qüvvətli ola bilsin.
Bunu “Diplomatiya həftəsi” çərçivəsində iyulun 7-də keçirilən “Müharibədən sonrakı dövrdə Azərbaycanın sülh və yaradıcılıq təşəbbüsləri” mövzusunda tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı söyləyib.
Şuşa Bəyannaməsinin imzalanmasını türk dövlətlərini birləşdirmək üçün atılan addım adlandıran səfir deyib ki, bu Bəyannamə Türkiyə-Azərbaycan qardaşlığını, müttəfiqliyini təsdiq edən sənəddir və siyasi iradəmizi əks etdirir.
“Dünyada baş verən dəyişikliklər, qlobal problemlər fonunda strateji plan hazırlanır. Hər ölkə bu addımı atmalıdır”, - deyə Cahit Bağçı vurğulayıb.