YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətinə böyük əhəmiyyət verir

Fidan Hüseynova

YAP Quba rayon təşkilatının sədri

Bu gün Azərbaycan bütün bölgədə regional əməkdaşlığın aparıcı qüvvəsi kimi tanınır və nüfuz qazanır. Azərbaycanın xarici siyasətində Qarabağ münaqişəsindən sonra ikinci əsas məsələ Xəzərin hüquqi statusu idi. 2018-ci ildə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Konvensiyanın imzalanması Xəzəryanı dövlətlər arasında əlaqələrin yeni prioritetlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Bu baxımdan “İyunun 29-da Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çox böyük siyasi və tarixi əhəmiyyət kəsb edən bir hadisədir. İlham Əliyev Sammitdə çıxış edərək Azərbaycanın Xəzəryanı dövlətlərin qarşılıqlı fəaliyyətə böyük əhəmiyyət verdiyini bildirmişdir və onu da əlavə etmişdir ki, Xəzər dənizi bizim region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir. Həqiqətən də bu gün biz Xəzəryanı dövlətlər arasında əməkdaşlığın hüquqi bazasının getdikcə möhkəmləndiyini müşahidə edirik. Ölkəmiz Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərir. Bu marşrut Xəzəryanı dövlətlərin nəqliyyat potensialından maksimum dərəcədə istifadə etməyə imkan verəcək. Eləcə də yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Xəzəryanı dövlətlər arasında dayanıqlı münasibətləri təmin edən amillər sabitliyin və təhlükəsizliyin mühüm amilidir. Xəzəryanı ölkələr arasında dostluq və mehriban qonşuluq münasibətləri, o cümlədən BMT, ATƏT, İslam Əməkdaşlığı Təşkilatı, Türk Dövlətləri Təşkilatı, MDB və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində ikitərəfli və çoxtərəfli əməkdaşlıq yuxarıda sadaladıqlarımıza nümunədir. Əməkdaşlığın genişləndirilməsi üçün nəqliyyat infrastrukturunun inkişafı, nəqliyyat xidmətlərinin və multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması əməkdaşlığın mühüm istiqamətidir. Azərbaycan Respublikasının tranzit potensialından istifadə edilməsi bu gün də onun davamlı inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Burada da təbii ki, Xəzər dənizi və bununla bağlı nəqliyyat-kommunikasiya siyasətində təhlükəsizlik və Azərbaycan Respublikasının buradakı mövqeyi çox əhəmiyyətlidir. Prezident İlham Əliyev Zirvə Toplantısındakı çıxışında respublikamızın Xəzəryanı ölkələrlə münasibətlərinin uğurla inkişaf etdiyini məmnunluq hissi ilə nəzərə çatdırıb. Beləliklə, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətləri uğurla inkişaf edir. Ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələri Xəzər dənizində sabitliyin və təhlükəsizliyin mühüm amilidir.