Xəbərlər
Kürdəmirdə şəhidlərin doğum günləri qeyd olunub
Kürdəmir rayonunda Vətən müharibəsi şəhidlərinin doğum günlərində xatirələri anılıb.
Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Mirmahmud Mahmudov, şəhid ailələri, şəhid anası Simuzər Bağıyeva, Qacar Sadıqov adına Mollakənd kənd tam orta məktəbinin direktoru Akif İbrahimov rayonun Ərəbqubalı kəndindən şəhid Eminov Nurlan Pərviz oğlunun, Mollakənd kəndindən isə şəhid Eyyubov Tural Yadulla oğlunun məzarlarını ziyarət edib, üzərilərinə gül dəstələri düzüb, xatirələrini böyük ehtiramla yad ediblər.
Daha sonra tədbir iştirakçıları şəhidlərin ailələrinə baş çəkərək, onların qayğı və problemləri ilə maraqlanıblar.
Görüşlərdə şəhidlərin keçdikləri şərəfli həyat yollarından və döyüşlərdə göstərdikləri igidliklərindən söhbət açılıb.
Ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edən YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov bu diqqətin bundan sonra da daimi olacağını bildiriblər.
Şəhidlərin ailə üzvləri göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edərək, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.