Xəbərlər
Şəhid Elməddin Əliyev doğum günündə anılıb
![](https://yap.org.az/thumb.php?src=https://yap.org.az/upload/images/3edf8d25f4e4fe22751d3369d3d14a7e.jpg&w=360)
Tərtərdə Vətən uğrunda gedən döyüşlərdə torpaqlarımızı işğaldan azad edərək xalqımıza Qələbə sevinci bəxş edən, bu yolda canından, qanından keçən qəhrəman Vətən oğullarından biri olan Əliyev Elməddin İlqar oğlunun doğum günü münasibətilə xatirəsi anılıb.
Yeni Azərbaycan Partiyası Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, təşkilat nümayəndələri, partiya fəalları rayonun Yuxarı Qapanlı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şəhid valideyinləri şəhid ailələrinə göstərilən dövlət qayğısına görə Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.