YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP-ın təşkilatçılığı ilə «Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri» mövzusunda konfrans keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə «Uydurma “1915-ci il erməni soyqırımı”ndan Xocalı faciəsinədək: 100 ilin yalanları və faciələri» mövzusunda konfrans keçirilib. Konfransda  Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin və Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları, Türkiyənin və ölkəmizin elm adamları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan YAP İcra katibinin müavini, Dini Qurumlarla İş üzrə DÖvlət Komitəsinin sədri  Mübariz Qurbanlı bildirib ki, uydurma «erməni soyqırımı» bu günün məsələsi deyil. Onun sözlərinə görə, ermənilər uun müddətdir ki, bu mövzda öz yalanlarını yaymaqda davam edirlər. «Tarix ibrətdən ibarətdir. Tarixdən ibrət götürməyənləri tarix özü cəzalandırır. Ermənilər çox təsüf ki, tarixdən ibrət götürə bilmirlər. Çünki tarixdə heç bir yalan həqiqət kimi qəbul edilə bilməz. Bu gün dünya da erməni yalanlarını açıq şəkildə görəmkdədir»- deyə, YAP İcra katibinin müavini vurğulayıb.

M.Qurbanlı bildirib ki, ermənilərin uydurduqları yalanları ifşa  olunması üçün həm Türkiyə, həm də Azərbaycan tərəfindən elm adamları tərəfindən xeyli iş görülüb. Eyni zamanda, Azərbaycan və Türkiyə alimləri birgə konfranslar keçiriblər. Həmçinin, Türkiyə tərəfi bu məsələ ilə əlaqədar beynəlxalq müstəvidə iş görüb, bu dövlət həmin hadisələrə dair arxivlərin açılmasını təklif edib. Ermənilər isə arxivlərin açılmasından qaçır. M.Qurbanlı deyib ki, Ümummilli liderimiz Heydər Əliyev tərəfindən 1998-ci ilin mart ayında imzalanmış Azərbaycanlıların soyqrımı haqqında Fərman tarixi həqiqətlərin qiymətləndirilməsi baxımından mühüm sənəddir.

Konfransda AMEA-nın aparıcı elmi işçisi Vasif Qafarov deyib ki, bu gün dünya tarixi həqiqətə söykənməyən qondarma erməni yalanlarının araxasınca gedir: "Avropa Parlamentinin, Roma Papasının uydurma erməni soyqırımına dəstək nümayiş etdirməsi onu göstərir ki, bu cinayətlərdə onların da əli var. Biz həmişə haqq işi üzərində mübarizə aparmışıq. Üçrəngli bayrağımız tezliklə işğal olunmuş ərazilərdə dalğalanacaq. Həmin an çox uzaqda deyil. 1918-ci il mart ayında azərbaycanlılara qarşı baş verən soyqırımda Bakıda 12 min türk-müsəlman  məhv edilib, o dövrün qiymətləri ilə 1,2 milyard rubl ziyan dəyib. Şamaxı qəzasının 110 kəndinin 105-i tamamilə yandırılıb, 22 min 995 nəfər məhv edilib. Bundan başqa Şərur, Sədərək, Dərələyəz qəzalarında 18 min 300 insan qətlə yetirilib. Ümumilikdə mart soyqırımında 124 min 236 türk-müsəlman əhali soyqırıma məruz qalıb. İndiki qiymətlərlə əhaliyə 371 milyard manat ziyan dəyib".

 Türkiyənin Atatürk Araşdırma Mərkəzinin sədri Mehmet Ali Beyhan diqqətə çatdırıb ki, çox təəssüf ki, müasir dövrdə bir çox dövlət adamları, hərbçilər və siyasətçilər tarixi hadisələrə qiymət verməyə, insanların keçmişdə olanlar haqqında fikirlərini yönləndirməyə çalışırlar: "Amma onlar unutmamalıdırlar ki, tarixi hadisələrin baş verdiyi əraziləri yox etmək mümkün deyil. Tarixi düzgün yazmaq elm adamlarının üzərinə düşən vəzifədir".

O, qeyd edib ki, Türkiyənin Anadolu ərazisində, Azərbaycan torpaqlarında böyük qırğınlar, dağıntılar və soyqırımlar törədilib: “Biz Qubadakı kütləvi məzarlıqda burada törədilən soyqırımının sübutlarını görürük. Ümid edirəm ki, insanlıq bu faciələrdən dərs götürəcək və bundan sonra bu kimi hadisələrin baş verməməsi üçün əlindən gələni edəcək”.

Tədbirdə, həmçinin, Türkiyənin Dumlupınar Universitetinin professoru  Abdullah İlgari, İstanbul Universitetinin professoru Xalil Bal, Fırat Universitetinin professoru Osman Umar və Ankara Universitetinin professoru Neşə Özdən mövzu ilə bağlı məruzələr ediblər.

Daha sonra Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşkun, YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov və Milli Məclisin sədr müavini, YAP İdarə Heyətinin üzvü Bahar Muradova çıxış ediblər.

 

DİGƏR Partiya xəbərləri Arxiv