Xəbərlər
YAP Nizami rayon təşkilatında şəhidlərin doğum günləri münasibətilə anım tədbiri keçirilib
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında 44 günlük Vətən müharibəsinin şəhidləri Əliyev Denis Aleksandroviçin və İbrahimov Rafael Emin oğlunun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra ölkəmizin ərazi bütövlüyü və suverenliyi naminə canını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Əliyev Denis Aleksandroviçin və Rəfail Emin oğlu İbrahimovun xatirəsinə həsr edilmiş film nümayiş etdirilib.
Tədbirdə şəhid Əliyev Denis Aleksandroviçin həyat yoldaşı Aynur Əliyeva, şəhid Rəfail Emin oğlu İbrahimovun anası Maftuxa Bikbayeva, şəhid Alı Həsənlinin anası Ramilə Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Yusif Əliyev, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehtiyev, Azərbaycan Rus İcmasının Nizami rayon şöbəsinin nümayəndəsi Regina Kovalyova, Nizami Bələdiyyəsinin sədrinin birinci müavini, Qarabağ müharibəsi veteranı Heydər Rəhimov və başqaları iştirak ediblər.
Çıxışçılar şəhidlərin, qazilərin, müharibə iştirakçılarının şücaətindən, döyüş yolundan, eləcə də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfərdən danışıblar. Bildiriblər ki, 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.
Tədbirdə çıxış edənlər şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.
Tədbirin sonunda təltifetmə mərasimi keçirilib, şəhid ailələrinin üzvləri mükafatlandırılıb.