YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycan İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək

Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova mayın 16-da İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan qurumun Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilb ki, görüşdə Sahibə Qafarova ölkəmizin İƏT PA ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Deyib ki, Azərbaycan İƏT PA-nın fəaliyyətinin gücləndirilməsində, təşkilata üzv ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Milli Məclisin sədri bunun təsdiqi kimi Azərbaycanın 2021-ci ildə İƏT PA-nın nizamnaməsini ratifikasiya etdiyini xatırladıb.

Sahibə Qafarova ölkəmizin İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransına ev sahibliyi etdiyini və tədbirdən sonra təşkilata sədrliyin Azərbaycana keçəcəyini diqqətə çatdırıb. Bildirilib ki, Azərbaycan təşkilata sədrliyi dövründə İƏT PA-nın fəaliyyətinin gücləndirilməsi istiqamətində müvafiq səylər göstərəcək.

İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Baş katibi Tahir Hüsseyn görüşə və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirərək, Milli Məclisin Konfransın keçirilməsi ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib. O, həmçinin Azərbaycanla rəhbərlik etdiyi təşkilat arasında əlaqələrin hazırki səviyyəsindən razılığını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.