Xəbərlər
Toponomiya Komissiyasının tərkibində dəyişikliklər edilib
Aprelin 14-də Milli Məclisin növbəti plenar iclasında Toponomiya Komissiyasının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə edilib.
Komissiyanın vəfat etmiş üzvləri Budaq Budaqov və Həsən Mirzəyev tərkibdən çıxarılıb. Eyni zamanda, Əhəd Abıyev, Əli Qasımov, Fəridə Məmmədova komissiyasının üzvlüyündən azad olunublar.
Milli Məclisin regional məsələlər komitəsi sədrinin müavini Fəttah Heydərov, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov Toponomiya Komissiyasının üzvü təyin ediliblər.