Xəbərlər
Prezident İlham Əliyev Emmanuel Makronu yenidən Fransa Prezidenti seçilməsi münasibətilə təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Emmanuel Makronu Fransa Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.
Təbrikdə iqtisadiyyat, energetika, o cümlədən neft-qaz yataqlarının istismarı, mədəniyyət, təhsil və qarşılıqlı maraq doğuran bir sıra digər sahələrdə uğurlu əməkdaşlığın Azərbaycan-Fransa əlaqələrini şərtləndirən başlıca amillərdən olduğu vurğulanır. Bu əməkdaşlığın xalqlarımızın mənafeyi naminə birgə səylərlə davam etdiriləcəyinə inam ifadə olunur.
Təbrik məktubunda daha sonra deyilir: “Ümidvarıq ki, hazırda Avropa İttifaqına sədrlik edən Fransa Respublikası Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunması məqsədilə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması, tərəfimizdən təqdim edilən beş prinsip əsasında ölkələr arasında sülh müqaviləsinin hazırlanması prosesinə öz dəstəyini verəcəkdir”.
Dövlətimizin başçısı fransalı həmkarına ən xoş arzularımı yetirib, ona qarşıdakı fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.