Gündəm
Prezident İlham Əliyev: Biz bütün dünyaya sübut etdik ki, Azərbaycan xalqı böyük xalqdır
Bizim bütün işlərimizin, apardığımız siyasətin, atdığımız addımların fövqündə bu müqəddəs günü yaxınlaşdırmaq dayanırdı. Biz buna öz gücümüzlə nail olduq.
Bu fikirləri Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı zamanı söyləyib.
Dövlətimizin başçısı qeyd edib ki, məhz buna görə ordu quruculuğu sürətlə aparılıb, Azərbaycan müasir ordu yaradıb, məhz buna görə gənc nəsil vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə olunurdu.
“Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti bərpa etdi, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi”, - deyə Prezident İlham Əliyev deyib.