YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixin bütün zamanlarında Azərbaycan və Qırğızıstan arasında olan əməkdaşlıq münasibətləri qarşılıqlı hörmət üzərində qurulub

Ayaz  Cəbrayılov

YAP Kürdəmir rayon təşkilatının  sədri 

Tarixin bütün zamanlarında Azərbaycan və Qırğızıstan arasında olan əməkdaşlıq münasibətləri qarşılıqlı hörmət üzərində  qurulub. Ulu öndər Heydər Əliyevin Prezident kimi qırğız həmkarı ilə görüşləri, iki ölkə arasında qəbul olunan qərarlar münasibətlərin sürətli inkişafına mühüm töhfələr verib. Prezident İlham Əliyevin də  bu strategiyaya sadiqliyi nəticəsində Azərbaycan türk dünyasının aparıcı ölkələrindən birinə çevrildi.

Qırğız Respublikasının Prezidenti Sadır Japarovun ölkəmizə səfəri, keçirilən görüşlər də əlaqələrin bütün sahələrdə inkişafından xəbər verdi.  Azərbaycan Qırğızıstan münasibətləri cənab Prezidentimiz İlham Əliyevin  həyata keçirdiyi siyasət sayəsində uğurla inkişaf edərək yeni mərhələyə qədəm qoymuşdur. Ölkələrimiz arasında əlaqələrin inkişafı naminə Azərbaycan və Qırğızıstan Prezidentlərinin səmərəli görüşü olduqca əhəmiyyətlidir. Ölkələrimiz arasındakı bu münasibətlərin gələcəkdə daha da inkişafı nəzərdə tutulmuşdur.

Qırğızıstan Prezidentinin Azərbaycana səfəri əlaqələrin yaxınlaşmasına yönəlib. Cənab Prezidentimizin qeyd etdiyi kimi həm siyasi, həm iqtisadi, həm də investisiya siyasətində münasibətlər qarşıdakı illərdə inkişafın yollarını müəyyən edir. Tarixi ənənələrin, dillərimizin ümumiliyi əlaqələrin inkişafında və möhkəmlənməsində əhəmiyyətli faktorlardandır. Ölkə rəhbərlərinin imzaladıqları sənədlər, apardıqları səmimi müzakirələr  inkişafın gələcək zamanlarda daha dinamik müstəvidə reallaşmasına xidmət etməklə yanaşı bu münasibətlərin keyfiyyətinin dərinləşməsinə öz töhfələrini verəcəkdir.