Xəbərlər
YAP Lənkəran rayon təşkilatında ƏPT sədrləri ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə növbəti görüş keçirilib.
Rayon təşkilatının sədri İqbal Əmənullayev ƏPT sədrlərinə partiyanın yeni proqramına əsasən qəbul olunan, yenilənən qərarlar və YAP Lənkəran rayon təşkilatının iş planı haqqında məlumat verib.
Müzakirə formatında davam edən görüşdə ərazi partiya təşkilatlarının sədrlərinin təklifləri dinlənilib.
YAP Lənkəran rayon təşkilatının sədri ərazi partiya təşkilatının hər bir üzvünü görüləcək işlərdə, keçiriləcək aksiya və tədbirlərdə fəal olmağa çağırıb.