Xəbərlər
Avtomobil qəzası nəticəsində həlak olan şəhid Vüsal Kazımov dəfn olundu
Martın 3-də Şuşa-Laçın yolunda avtomobil qəzası nəticəsində şəhid olan Azərbaycan ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Vüsal Vüqar oğlu Kazımovla vida mərasimi keçirilib.
Şəhidin yaşadığı ünvanda baş tutan mərasimdə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Nəsimi Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Müdafiə Nazirliyinin nümayəndələri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şəhid Vüsal Kazımov İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Qeyd edək ki, ali təhsilini bitirdikdən sonra həqiqi hərbi xidmətə gedən V.Kazımovun xidməti başa vurmasına 3 ay qalmışdı. O, evin tək oğlu olub, bir bacısı var.