Xəbərlər
Taner Yıldız: Türkiyədə mədən qəzası qurbanlarının sayı 300 nəfərə çata bilər
Manisa vilayətində kömür mədənində baş vermiş qəzanın qurbanlarının sayı 300 nəfərə çata bilər. Bu barədə "TRT Haber" telekanalı ölkənin energetika və təbii sərvətlər naziri Taner Yıldıza istinadən məlumat verib.
Onun sözlərinə görə, hazırda dağıntılar altında 18 nəfər qalıb.