Xəbərlər
Elman Abdullayev: Bu gün Azərbaycanın uğurları, gördüyü işlər və apardığı islahatlar göz önündədir
«Bu gün Azərbaycan güclənən və regionun liderinə çevrilmiş bir dövlətdir». Bu fikri Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.
E.Abdullayev bildirib ki, bəzi təşkilatlar Ölkəmizin uğurlarına qısqanclıqla danışırlar. Onun sözlərinə görə, “Human Rights Watch” kimi təşkilatlar ilk növbədə öz etibarını itirib.
««Human Rights Watch» və digər bu kimi təşkilatlar öz qərəzliliyini və əsl simalarını ortaya qoyublar. Ən azından bu təşkilatların yaydıqları hesabatlara inanmaq sadəlöhvlük olardı. Əgər bu təşkilatlar hesab edirlərsə ki, həmin qərəzli hesabatlarla hər hansı bir ölkəyə təzyiq edə bilərlər, onlar yanılırlar. Çünki Azərbaycana qarşı heç kim siyasi təzyiq edə bilməz. Ölkəmiz müstəqil dövlət olduğunu artıq bütün dünyaya nümayiş etdirib. Bu gün Azərbaycanın uğurları, gördüyü işlər və apardığı islahatlar göz önündədir»- deyə, E.Abdullayev qeyd edib.