Xəbərlər
Rouz-Rout seminarında bir sıra önəmli məsələlər müzakirə olunacaq
Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında iştirak etmək üçün Serbiyanın paytaxtı Belqradda səfərdədirlər.
Milli Məclisin mətbuat xidmətindən bildiriblər ki, seminarda Qərbi Balkanlarda regional əməkdaşlıq, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, müdafiə idarəçiliyi sahəsində islahatlar, habelə Yaxın Şərqdə, Şimali Afrikada xarici döyüşçülərin iştirakı və digər mövzular ətrafında müzakirələr aparılacaq.
Deputatlar müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini bildirəcəklər.