Xəbərlər
Azərbaycanın parlament nümayəndə heyəti Estoniya Brifinq Mərkəzinin fəaliyyəti ilə tanış olub
Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Estoniya Respublikasına rəsmi səfəri çərçivəsində Tallində Elektron Estoniya Brifinq Mərkəzində olub.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Azərbaycan nümayəndə heyətinə Estoniya Brifinq Mərkəzi haqqında məlumat verilib. Qeyd olunub ki, 2009-cu ildə Qeyri Hökumət Təşkilatı kimi yaradılmış e-Estoniya bu gün Estoniya Biznes və İnnovasiyalar Agentliyinin bir hissəsidir. Brifinq Mərkəzi ölkənin rəqəmsal xidmətlər sahəsində təcrübəsinin təşviqində mühüm rol oynayır.
Milli Məclisin nümayəndə heyəti Brifinq Mərkəzinin fəaliyyəti ilə tanış olub.