YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Baş nazirin müavini: Qondarma təkliflərin mahiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinin uzadılmasıdır

Azərbaycanın Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov ATƏT-in Minsk qrupunun həmsədrlərini tənqid edib.

Laçın rayonunun işğalının 22-ci ildönümü ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı Ə.Həsənov qeyd edib ki, hər həmsədr 3-4 il çalışır, bölgəyə turist səfərləri edir, böyük maaşlar alıb gedirlər, ortada isə heç bir nəticə yoxdur.

Baş nazirin müavini Minsk qrupunun həmsədrlərinin təklif etdiyi 6 prinsipdə Laçın dəhlizinin açılması məsələsinə də münasibət bildirib. Ə.Həsənov vurğulayıb ki, hər dəfə bir məsələ ortaya atılır, 5 il onun ətrafında müzakirə gedir: "Ermənilər Rusiyada da, İranda da Gürcüstanda da, ABŞ və Avropada da yaşayırlar. Ermənilər Laçını işğal etdilər, dedilər dəhliz yaradırlar, Kəlbəcəri işğal etdilər, dedilər bufer zona yaradırlar. Ermənilər Rusiyanın Stavropol və Krasnodar vilayətlərində kompakt yaşayırlar, deməli, oradan da Ermənistana dəhliz açmalı, koridor yaratmalıdırlar? ABŞ və Avropada ermənilərin kompakt yaşadığı yerlərdə də dəhliz açılmalıdır? Yaxud hansısa ölkədə milyonlarla azərbaycanlı yaşayır, biz də humanitar koridor istəyək?"

Ə.Həsənov bu məsələdə dünya ictimaiyyətinin də laqeyd olduğunu diqqətə çatdırıb: "Bəs niyə dünyanın heç bir ölkəsi ermənilərə demir ki, düzgün yola gəlin? Sözümün canı odur ki, bu gün qondarma təkliflərin mahiyyəti münaqişənin həllinin uzadılmasıdır".

DİGƏR Xəbərlər Arxiv