YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan Senatının müdafiə komitəsi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanı dəstəkləyən bəyanat yayıb

Pakistan Senatının müdafiə komitəsi Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanla həmrəy olduğunu bildirən və ermənilərin işğal altındakı Dağlıq Qarabağ regionunda may ayında keçirmək istədikləri qondarma parlament seçkilərini pisləyən bəyanat yayıb.
Bəyanatda Azərbaycanın Dağlıq Qarabağ bölgəsində bu il mayın 3-də separatçı rejim tərəfindən qondarma parlamentə keçirilməsi nəzərdə tutulan qanunsuz seçkilər qəti şəkildə pislənir. Qeyd olunur ki, Azərbaycan ilə dostluq və qardaşlıq münasibətlərində olan Pakistan hökuməti və xalqı Dağlıq Qarabağ məsələsində rəsmi Bakını tam dəstəkləyir və həmrəyliyini bildirir, Ermənıstanın işğalçılıq siyasətini pisləyir. Sənəddə deyilir ki, Pakistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinin təxirə salınmadan icra olunmasına tərəfdardır. Bəyanatda qeyd olunur ki, beynəlxalq hüququn aliliyi təmin edilməli, işğal dayandırılmalıdır.
Bəyanatda, eyni zamanda, vurğulanır ki, Pakistanın bütün əyalətlərinin və əsas siyasi partiyalarının təmsil olunduğu Senatın müdafiə komitəsi Azərbaycan xalqı, o cümlədən işğal edilmiş ərazilərdən qovulan azərbaycanlılarla həmrəy olduğunu bir daha bildirir, “zorun aliliyi” prinsipini qəbul etməyərək münaqişənin beynəlxalq hüquq, BMT-nin Nizamnaməsi və qəbul edilmiş qətnamələr əsasında sülh yolu ilə və ümumbəşəri ədalət normaları əsasında həll edilməsini dəstəkləyir.