YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İki ay ərzində kimya sənayesi istehsalı 20,6 faiz artıb

Cari ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fiziki şəxslər tərəfindən 3,7 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,3 faiz çox məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, mədənçıxarma bölməsində məhsul istehsalı 5,4 faiz artıb.
Sənaye məhsulunun 59,9 faizi mədənçıxarma bölməsində, 29,2 faizi emal bölməsində, 1 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal edilib.
İki ay ərzində sənayenin emal bölməsinin məhsullarından içki istehsalı 1,5 faiz, kimya sənayesi məhsulları istehsalı 20,6 faiz, rezin və plastmas məmulatların istehsalı 29,3 faiz hazır metal məmulatların istehsalı 7,6 faiz, tikinti materiallarının istehsalı 24 faiz, elektrik avadanlığının istehsalı 73,6 faiz artıb.