Xəbərlər
Qaradağ rayonunda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Qaradağ Rayon İcra Hakimiyyəti və YAP Qaradağ rayon təşkilatının təşəbbüsü ilə Bakı dairəvi yolunun 8-ci kilometrliyində,”Sədərək” Ticarət Mərkəzinin yaxınlığında ağacəkmə aksiyası keçirilib.
Aksiyada Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev və təşkilatın əməkdaşları, millət vəkilləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Aksiyada ümumilikdə 900-dən çox müxtəlif növ ağac əkilib.