YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir ölkə kimi açılmışdır

Əli Həsənov: İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə öz nümunəsini, identikliyini ortaya qoyaraq dünyaya güclü, müstəqil, müasir, davamlı inkişaf edən bir ölkə kimi açılmışdır

“Azərbaycan hazırda regional və qlobal səviyyəli mərkəzə çevrilmişdir. Məlumdur ki, Şərq ilə Qərbin kəsişməsində yerləşən Azərbaycan olduqca əlverişli coğrafi və geostrateji əhəmiyyətə malik ölkədir. Ancaq tarixən biz bu üstünlüyümüzdən milli mənafelərimiz, xalqımızın maraqları naminə lazımi səviyyədə istifadə edə bilməmişdik. Məhz ümummilli lider Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə gəldikdən sonra enerji amili ilə yanaşı, bu amil də Azərbaycanın reallaşdırdığı siyasi kursun əsas rıçaqlarından birinə çevrilmişdir.” Bu fikirləri Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Prezident Administrasiyasının və “The Business Year” şirkətinin təşkilatçılığı ilə keçirilən “The Business Year: Azerbaijan-2014” nəşrinin təqdimat mərasimində söyləmişdir.

Əli Həsənov qeyd etmişdir ki, son 10 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan regional və qlobal mərkəz statusunu qazanmışdır. Bu gün Azərbaycanın rəyi və mövqeyi nəzərə alınmadan Cənubi Qafqaz regionunda hər hansı layihənin reallaşdırılması mümkün deyildir. Bütün böyük regional layihələrin təşəbbüskarı və əsas icraçısı da məhz Azərbaycandır. Göründüyü kimi, müstəqillik dövründə həm enerji, həm də coğrafi və geostrateji amillər Azərbaycanın milli maraqlarına xidmət etməyə başlamış və xalqımıza, milli dövlətçiliyimizə olduqca böyük dividendlər gətirmişdir.