Xəbərlər
Şəhid anaları və xanımları üçün tibbi müayinə aksiyası keçirilib
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatı və "Vətən Müharibəsi Əlillərinə Kömək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə «Ömür» klinikasında 44 günlük Vətən müharibəsinin birinci ildönümü münasibətilə aksiya keçirilib. Aksiyanın məqsədi şəhid anaları və xanımlarına tibbi dəstək göstərmək olub.
Aksiya çərçivəsində 40-dan çox şəhid anası və xanımları üçün tibbi müayinələr, həkim qəbulu, laborator analizlər və digər tibbi xidmətlər pulsuz təşkil olunub.
Qeyd olunub ki, 44 günlük Qarabağ savaşında torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının anaları və xanımlarına diqqət və qayğı ilə yanaşmaq, onlara mənəvi dəstək olmaq hər birimizin vətəndaşlıq borcudur.