Xəbərlər
Dövlət başçısı Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında Sərəncam imzaladı.
Sərəncama əsasən, Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasını möhkəmləndirmək məqsədi ilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Milli Konservatoriyasına 1,0 (bir) milyon manat ayrıldı.