Xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev Kosta-Rika Prezidenti Luis Gilyermo Solis Riveraya təbrik ünvanladı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kosta-Rika Respublikasının Prezidenti Luis Gilyermo Solis Riveraya təbrik ünvanladı.
Təbrikdə deyilir: “Kosta-Rika Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Kosta-Rika arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, dost Kosta-Rika xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar arzulayıram.”