YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi həm ölkəmiz, həm də AŞ üçün vacib hadisə olacaq

«Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyə başlaması çox mühüm və əlamətdar hadisədir. Azərbaycan quruma sədrliyi dövründə AŞ-nın üç fundamental - insan hüquqlarının müdafiəsi, qanunun aliliyi və demokratiyanın inkişafı ilə bağlı prinsiplərinə sadiq qalacağını bəyan edib». Bu fikirləri politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, Azərbaycan quruma üzvlüyü dövründə həmin prinsiplərə söykənib.Onun sözlərinə görə, ölkəmiz öz üzərinə götürdüyü öhdəlikləri də layiqincə yerinə yetirib.

«Təbii ki, bu proses davam edir. Hesab edirəm ki, Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrliyi həm ölkəmiz, həm də AŞ üçün vacib hadisə olacaq. Məsələ ondadır ki, AŞ Nazirlər Komitəsinə Ermənistan kimi sıradan bir ölkə deyil, BMT Təhlükəsizlik Şurası kimi çox nəhəng universal və beynəlxalq təşkilata iki dəfə sədrlik etmiş bir dövlət sədrlik edəcək. Heç şübhəsiz ki, Azərbaycan dövləti və haqqında bəhs edilən AŞ insan hüquqları ilə bağlı baza prinsipinə xüsusi diqqət yetirəcək. Bizim üçün bu tribuna bir milyondan artıq qaçqın və məcburi köçkünlərimizin total şəkildə pozulmuş hüquqlarının müdafiəsini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçü əla fürsətdir»- deyə, politoloq qeyd edib.