YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Dünya Əqli Mülkiyyət Təşkilatının baş katibini qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Dünya Əqli Mülkiyyət Təşkilatının baş katibi Frensis Qarrini qəbul etmişdir. 

Dünya Əqli Mülkiyyət Təşkilatının baş katibi Frensis Qarri Bakının gözəl bir şəhər olduğunu məmnunluqla qeyd etdi.

Dövlətimizin başçısı Bakının gündən-günə inkişaf etdiyini, siyasi, iqtisadi və digər mötəbər beynəlxalq tədbirlərin keçirildiyi bir mərkəzə çevrildiyini vurğuladı.

Görüşdə Azərbaycanın müvafiq qurumları ilə Dünya Əqli Mülkiyyət Təşkilatı arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.