Partiya xəbərləri
Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının X hesabat konfransı keçirilib
İyunun 29-da Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib.
Öncə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransın gündəliyi təsdiqləndikdən sonra YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva hesabat məruzəsi ilə çıxış edərək bu gün sıralarında 760 mindən artıq üzvü birləşdirən, nəinki ölkəmizin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının cəmiyyətdə artan mövqeyindən, siyasi çəkisindən bəhs edib. Bildirib ki, YAP yarandığı gündən milyonların partiyasına çevrilib, öz siyasi əqidəsinə, tutduğu yola sadiq olub.
M.Abasquliyeva deyib ki, YAP Sabunçu rayon təşkilatı 1993-cü il yanvar ayında 30 nəfərdən ibarət təşkilat komitəsi ilə fəaliyyətə başlayıb: “IX konfransdan bu günə YAP Sabunçu rayon təşkilatının sıralarına 850 nəfər yeni üzv daxil olub. Hesabat dövründə 6 ərazi ilk partiya təşkilatı yaradılıb. IX konfransda təşkilatın 9951 nəfər üzvü var idi. Hazırda yeni üzvlərin daxil olması ilə bu rəqəm 10801 nəfərdir. Onlardan 6122 nəfər qadın, 4679 nəfər kişi, 4253 nəfər gənclərdir”.
Sonra YAP Sabunçu rayon təşkilatının Nəzarət-Təftiş Qrupunun sədri Nəbi Hacıyevin hesabatı dinlənilib.
Müzakirələr zamanı 252 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Xədicə Eminova, 74 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Murad Zeynalov, YAP Sabunçu rayon Gənclər Birliyinin sədr müavini Sərxan Şahverdiyev, YAP Sabunçu rayon təşkilatı İdarə Heyətinin üzvləri Asif Qurbanov və Gülnaz Abdullayeva çıxış edərək YAP Sabunçu rayon təşkilatının hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər.
Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev bildirib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, uğurlu neft strategiyasının həyata keçirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi iqtidarında olan ordunun daha da güclənməsi, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq Qələbə nəticəsində ərazi bütövlüyü təmin edilən Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirilir. Bu poseslərdə YAP daim ön sırada olub.
Ə.Tağıyev YAP Sabunçu rayon təşkilatına gələcək fəaliyyətində uğurlar diləyib.
Konfransda YAP Sabunçu rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.