Xəbərlər
Müdafiə Nazirliyi Laçın rayonunun Şeylanlı kəndinin videogörüntülərini yayıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Laçın rayonunun Şeylanlı kəndinin videogörüntülərini yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik.
Şeylanlı kəndi 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidentinin imzaladıqları birgə üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verilib.