Xəbərlər
Azərbaycandan ixrac edilmiş malların 96,2 faizi uzaq xarici dövlətlərə göndərilib
Bu ilin yanvarında Azərbaycandan ixrac edilmiş malların 96,2 faizi, yaxud 21 milyard dolları uzaq xarici dövlətlərə, 3,8 faizi (0,8 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil edib. Bundan başqa, ölkədən bitki mənşəli məhsullar, ərzaq, kimya sənayesi məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanmış məmulatlar ixrac olunub.