Xəbərlər
YAP Biləsuvar rayon təşkilatının fəalları şəhid Hüseyn Dəmirlinin ailəsini ziyarət edib

YAP Biləsuvar rayon təşkilatının fəalları və Qarabağ müharibəsi əlilləri, veteranları Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş Dəmirli Hüseyn Zeynal oğlunun ailəsini ziyarət ediblər.
Ziyarət zamanı şəhidin əziz xatirəsi dərin ehtiramla anılıb, şəhidin ailəsinin qayğıları ilə maraqlanılıb.