Xəbərlər
Məzahir Bayramov: YAP milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir
“Yeni Azərbaycan Partıyasının VII qurultayında mühüm qərarlar qəbul edilib. Azərbaycanın bölgədə yeni reallıqlar yaratdığı bir dövrdə, iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş mərhələsində keçirilən qurultay partiya fəaliyyətinin də dövrün xarakterinə uyğun yenilənməsini hədəf seçib”. Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatının sədri Məzahir Bayramov deyib.
M.Bayramov bildirib ki, YAP-ın ali forumunun keçirilməsi ölkənin gələcək inkişafı baxımından önəmli hadisədir.Qurultayda Prezident,Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev konseptual xarakterli çıxışında ölkəmizin son illərdə keçdiyi tarixi yola bir yekun vurdu, eyni zamanda qarşıda duran vəzifələrdən danışdı, yeni çağırışlar səsləndirdi.Yeni reallıqlar Azərbaycanın qarşısında yeni strateji vəzifələr müəyyən edib. Bu nöqteyi-nəzərdən keçirilən qurultay yeniləşmə, islahatlar yoluna qədəm qoymuş Yeni Azərbayacn Partiyasının bundan sonra ictimai-siyasi həyatımızın bütün sahələrinə yeni stimul vermək istiqamətində fəaliyyətinin daha da gücləndirilməsi zərurətini qarşıya qoyur. Artıq bir neçə ildir ki, ölkəmizdə həyata keçirilən islahatlar siyasi partiyaların fəaliyyətinə öz müsbət təsirini göstərir. Yeni Azərbaycan Partiyasının VII Qurultayının keçirilməsi və qurultayda yeni Nizamnamənin qəbul olunması, müəyyən yeniliklərin edilməsi, struktur dəyişikliyi ölkədə aprılan siyasi islahatların tərkib hissəsi kimi dəyərləndirilə bilər.Bunlar eyni zamanda yeni reallıqlar fonunda idarəetmənin təkmilləşdirilməsi, qərarların qəbulunda çevikliyin,operativliyin artırılması, icra mexanizminin təkmilləşdirilməsi və.s məsələləri ehtiva edir.eyni zamanda, partiyamızın ali toplantısında demokratik ənənələrin inkişafına yeni bir ciddi töhfə verildi.
Təşkilat sədrinin sözlərinə görə, qurultayda 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət maraqları və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsi olmaqla ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edir: “Vətən müharibəsində qazanılmış böyük Qələbə, eyni zamanda Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması bir sıra partiyalarn proqram məqsədlərinə çatmalarına səbəb olmaqla yanaşı, inteqrasiya üçün də əsaslar yaratmışdı. Siyasi partiyaların YAP-a qoşulmaq istəyi hakim partiyanın “iqtidar-xalq” modelinin , həmçinin Vətən müharibəsində qazanılmış Qələbənin nəticəsində əldə edilmiş milli birlik formulunun real işə düşməsinin göstətəricisidir. Azərbaycan Prezidentinin “Biz birlikdə güclüyük” şüarı ilə 6 siyasi partiyanın YAP-a qoşulması arasında bağlılıq mövcuddur. Siyasi partiyalar ölkə liderinin birlik çağırışına səs verirlər. Dövlət başçısının siyasi iradəsi və demokratik dəyərlərə sadiqliyi nəticəsində ölkəmizdə dialoq mühiti inkişaf edib. Vətən müharibəsi dövründə dünya ictimaiyyəti Azərbaycanda mütləq siyasi həmrəyliyin, həmçinin bütün xalqın bir yumruq olaraq böyük Qələbə naminə Prezident İlham Əliyevin ətrafında sıx birləşməsinin şahidi oldu.YAP ölkədə milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını elan edir. İqtidarda olan siyasi təşkilatın bu addımı hakimiyyətin milli həmrəylik siyasətini prioritet saydığını deməyə əsas verir. Deməli, milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatlar davam edəcək. Bununla da, Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır. Yeni Azərbaycan Partiyası yeni dövrə siyasi həmrəylik,inteqrasiya milli birlik strategiyası ilə gedir. Bütün bunları nəzərə almaqla partiyanın yeni proqramının hazırlanması Prezident tərəfindən qarşıya bir tapşırıq kimi qoyuldu”.