Xəbərlər
Müdafiə Nazirliyi Zəngilan rayonunun Qıraq Müşlan kəndinin videogörüntülərini paylaşıb
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi işğaldan azad edilmiş Zəngilan rayonunun Qıraq Müşlan kəndinin videogörüntülərini yayıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla həmin görüntüləri təqdim edirik.
Oxçu çayının sahilində yerləşən Qıraq Muşlan kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İkinci Qarabağ müharibəsində parlaq Qələbə qazanan rəşadətli Azərbaycan Ordusu oktyabrın 21-də kəndi işğaldan azad edib.