YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı qalibdir

 Milli Məclisin Ailə,Qadın və Uşaq Məsələləri Komitəsinin sədri,

professor Hicran Hüseynova

Bu gün Laçın işğaldan azad olundu. Bu münasibətlə bütün Laçınlıları, xalqımızı təbrik edirəm. Gözünüz, gözümüz aydın olsun deyirəm. Artıq heç bir azərbaycanlı qaçqın deyil, onlarla yanaşı, biz də doğma torpaqlarımıza qovuşduq. Biz bütövləşdik, vahid olduq. Bu gün torpaqlarımızın işğaldan azad olunması başa çatır. Bu qələbəni təmin edən şəhid əsgər və zabitlərimizi böyük hörmət hissi ilə yad edirəm. Yaralı əsgər və zabitlərimizə tezliklə sağalmalarını arzu edirəm. Bundan sonra daha çətin, uzun və gərgin bir mərhələ başalayır. Mənfur düşmən şəhər və kəndlərimizi yerlə-yeksan edib, yeraltı və yerüstü sərvətlərimizi talan edib, ekoloji terror törədib, mədəni-tarixi-dini irsimizi dağıdıb. Bu cinayətlərə görə məsuliyyət daşımalı, layiq olduğu cəzanı almalıdır. Ölkəmizə vurduğu ziyana görə təzminat ödəməlidir. Əlbəttə ki, bu gün hər birimiz həmin torpaqlara çan atırıq, Qarabağın havasını udmaq istəyirik. Artıq tikinti-bərpa işlərinə başlanılıb. Dağıdılan hər bir yer yenidən inşa edilir, meşələr və yaşıllıqlar təkrar canlandırılacaq və əsrarəngiz göz oxşayan təbiətinə qovuşacaq. Bu qələbəni bizə yaşadan müzəffər ordumuza, cəsur əsgərlərimizə təşəkkür edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, belə qorxmaz, igid övladlar yetişdirdiyinə görə onların valideynlərinə sağ ol deyirik.Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu illər ərzində  əsaslı, sistemli siyasət həyata keçirməklə güclü iqtisadiyyat yardıldı, güclü ordu quruldu, diplomatik münasibətlər və əməkdaşlıqlar yaradıldı. 1992-1993-cü illərdə xalqımız bütövlükdə “uduzmuş xalq” sindromunu yaşayırdı, bu gün artıq xalqımız qalibdir, özünə, dövlətinə,ordusuna bütün varlığı ilə inanır. Qarabağa yenidən həyat qayıdır. Hər qarış torpağımızı başımızın tacı olub, göz bəbəyi kimi qorumalıyıq. Bundan sonra açılan hər sabahımız bütöv Azərbaycana açılacaqdır. Bir daha xalqımızı təbrik edirəm,qələbəmiz mübarək.

Qarabağ Azərbaycandır!