Xəbərlər
Məlahət İbrahimqızı: Azərbaycan dövləti hər zaman vətəndaşlarının maraq və mənafeyni qoruyur
«Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Tarif Şurasının iclasında “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” şuranın 12 yanvar 2015-ci il tarixli 1 nömrəli qərarının ləğv edilməsi çox təqdirəlayiq haldır». Bu fikri Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.
M.İbrahimqızı bildirib ki, benzin və dizelin qiymətinin qalxmasında sonra cəmiyyətdə narahatlıq yaranmışdı. Onun sözlərinə görə, bu narahatlıqdan müəyyən dairələr istifadə etməyə çalışırdı.
«Amma bu qərar Prezidentimizin əhalinin sosial müdafiəsinə göstərdiyi diqqətin nümunəsidir. Xalqımız inanır ki, Azərbaycan dövləti hər zaman vətəndaşlarının maraq və mənafeyni qoruyur»- deyə, komitə üzvü qeyd edib.