Xəbərlər
Azərbaycanda sosial müdafiə və sosial təminat xərcləri üçün 2040,5 milyon manat vəsait ayrılıb
2015-ci ildə sosial müdafiə və sosial təminat xərcləri üçün 2040,5 milyon manat vəsait ayrılıb. Bu xərclərə ayrılan vəsaitin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 9,7 faiz olacaq.
Maliyyə Nazirliyinin təqdim etdiyi “Vətəndaşın büdcə bələdçisi” kitabında bildirilir ki, bu bölmədən əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, əhalinin məşğulluğu, tibbi-sosial ekspertiza, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının ödənişi, qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi, əlillərin sanatoriya-kurort müalicəsinin təşkili, əlillərə eşitmə aparatlarının, protezləşdirmə məmulatlarının, əlil arabalarının və nəqliyyat vasitələrinin alınması xərcləri maliyyələşdirilir.