Xəbərlər
“Milli genişzolaqlı internetin inkişafı” layihəsinin həyata keçirilməsi üçün yeni maliyyələşdirmə mənbələri araşdırılır
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə “Milli genişzolaqlı internetin inkişafı” layihəsinin həyata keçirilməsi üçün yeni maliyyələşdirmə mənbələri araşdırılır.
Bu barədə jurnalistlərə məlumat verən rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bildirib ki, əvvəllər layihənin maliyyələşdirilməsinin yeganə mənbəyi kimi Dövlət Neft Fondunun vəsaitləri nəzərdə tutulurdu. Hazırda layihənin reallaşdırması üçün müxtəlif strukturlardan kreditlər alınması nəzərdə tutulub. Layihə 2014-2016-cı illəri əhatə edir. Nazirliyin tədbirlər planına əsasən, 2017-ci ilədək Azərbaycanın bütün yaşayış məntəqələri internet şəbəkəsinə yüksək sürətli girişlə təmin ediləcək.