Xəbərlər
Mövlud Çavuşoğlu: TANAP Türkiyənin prioritetidir
Trans-Anadolu boru kəməri (TANAP) layihəsi Türkiyə üçün prioritetdir. Bunu ölkənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. /Trend/
Nazirin sözlərinə görə, TANAP Azərbaycan, Gürcüstan və Avropa ölkələri üçün də vacibdir.
M.Çavuşoğlu qeyd edib ki, Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşdırılmasından sonra Avropaya qaz tədarükü təmin ediləcək.