Xəbərlər
Bakı və Tbilisi şəhərləri arasında qardaşlaşma haqqında memorandum imzalanacaq
Tbilisi şəhərinin meri David Narmania AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində bildirib ki, Bakı və Tbilisi şəhərlərinin qardaşlaşması ilə bağlı anlaşma memorandumu hazırlanır. O deyib: “Hazırda bu işlə fəal şəkildə məşğuluq. Gürcüstanın Azərbaycandakı səfirliyi də bu istiqamətdə danışıqlar aparır”.
Mer qeyd edib ki, sənəddə iki şəhərin meriyaları arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın inkişaf perspektivləri də nəzərdə tutulub. “Ümid edirəm ki, bu ilin birinci yarısında biz bu memorandumu imzalayacağıq”, - deyə o, əlavə edib.