Xəbərlər
Azərbaycanla səmərəli əməkdaşlıq Türkiyənin qazlaşdırılmasında mühüm rol oynayır
Türkiyənin 74 vilayəti təbii qazla tam təmin edilib. Digər 7 vilayətdə isə qazlaşdırma işləri müəyyən mərhələlər üzrə davam etdirilir.
Ölkədə energetikaya aid mövcud vəziyyəti təhlil edən ekspertlər əsaslandırırlar ki, bu sahədə Azərbaycanla səmərəli əməkdaşlıq Türkiyənin qazlaşdırılmasında mühüm rol oynayır.
Türkiyənin qazlaşdırılmasına dair tərtib olunmuş xəritədən də göründüyü kimi bu ölkədə təbii qaza olan tələbatın tam ödənilməsində Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istismara verilməsi böyük əhəmiyyət daşıyır.