Xəbərlər
Erməni məsələsi - tək Qafqazın deyil bəşəriyyətin real təhlükəsidir
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Erməni məsələsi artıq neçə əsrlərdir ki, nəinki Azərbaycanın, o cümlədən Yaxın Şərqin, Qərbi Anadolunun, ümumilikdə Türkiyə Cümhuriyyətinin, bütövlükdə bəşəriyyətin “Qara yarası” na çevrilib. Tarixdən hər kəsə məlumdur ki, yer kürəsində Ermənistan adlı dövlət mövcud olmayıb. Elə isə sual yaranır. Sual olunur ki, hansısa millətlərin, kçik xalqların demoqrafik dəyişikliyindən, assimlyasiyasında yaranan erməni xalqı üçün yeni bir dövlətin yaradılması zərurəti haradan və niyə yaranıb? Əlbəttə, bu sualı cavablandırmaq üçün məsələyə müxtəlif prizmalardan diqqət yetirmək, fərqli aspektlərdən yanaşmaq zərurəti ortaya çıxır. Çünki, fərqli mədəniyyətə, fərqli adət-ənənəyə,fərqli dini inanca malik ayrı –ayrı xalqların bir ərazidə təbii məskunlaşmasına inanmaq ən azından sadəlöhflük olardı.
Demək bu proses məcburi məskunlaşma, daha dəqiq desək məskunlaşdırma siyasəti nəticəsində həyata keçirilib. Baxın əgər Ermənilərin Azərbaycanda tarixi əraziləri olubsa niyə bu torpaq dilənçiləri Azərbaycanın, eləcə də Yaxın şərqin bütün ərazisi boyu səpələniblər. Həmçinin ermənilərin Azərbaycanın müxtəlif ərazilərində məskunlaçdırılması tarixləri müxtəlifdir. Ən sadə nümunə isbat edir ki, ermənilər Qədim Azərbaycan torpaqlarına sonradan gəlmədirlər və onların Azərbaycan ərazisinə yerləşdirilməsinin də arxasında məkirli siyasət dayanır. Tarixi faktlar bütün reallıqları üzə çıxarır. Bu faktları inkar etmək mümkünsüzdür. Süni şəkildə yaradılmış “Erməni məsələsi” yüz illərdir ki, həm Qafqazı, hətta Qafqazdan kənar hüdudlarda da qarışıqlıq salır. Bəs məqsəd nədir? Əlbəttə, gün kimi aydındır ki, bu bir imperiya siyasətidir, bu siyasətin arxasında bir çox məkrli xislətlər dayanır. Yəni böyük güclər regionda öz maraqlarını diktə etmək naminə ərazidə sonu görünməyən münaqiçə ocagı yaratmaq, vaxtaşırı bu münaqişə ocagını “körükləməklə” öz ambisiyalarını həyata keçirmək məqsədi güdüblər. Bu cür məsələlərdə ermənilərin gücünü və xidmətini süni şəkildə böyütmək, erməniləri fədakar, mübariz millət kimi təqdim etmək düzgün deyildir.
Əslində tarixi faktlar erməniləşdirmə prosesinin Rusiya imperiyasının siyasəti oldugunu isbat edir və bunun üçün yetərincə faktlar, sübutlar var. Ermənilər yalnız imperiyanın yaratdıgı tarixi fürsətlərdən məharətlə istifadə etməyə çalışıb. Bu məqamda anoloji sual yaranır. Yer kürasində çoxsaylı xırda xalqlar var ki, qədim tarixi, torpaqları və dövlətləri yoxdur. Niyə bu məkrli siyasətin iştirakçısı kimi ermənilər seçilib. Bu sualı cavablandırmaq üçün bir neçə tarixçinin, siyasətçinin, araşdırmaçının, yazıçı - şair, alim və filosofların ermənilər haqqında fikirlərini xatırlasaq görürük ki, müxtəlif dövrlərdə müxtəlif millətlərdən olan məhşur insanlar erməniləri qorxaq, yaltaq və satqın xalq kimi təqdim ediblər. Bu da özlüyündə sübut edir ki, sadalanan insanlıqdan kənar xislətli xalq və ya toplum – yəni ermənilər iyrənc siyasətin icrası üçün yararlı vasitə idilər. Ona gorə də imperialist güclərin seçimi ermənilər olmuşdur. Bu iyrənc siyasətdən dəstək alan ermənilər tarixən “Böyük Ermənistan” yaratmaq xülyası ilə yaşayıb, əsasən də Qafqazda məxsusən də Azərbaycan ərazilərində işgalçılıq, zorakılıq, terror siyasəti həyata keçirib və bu gün də bu vandal əməllərindən əl çəkmirlər. Dağlıq Qarabağ və yeddi ətraf rayonu etnik təmizləməyə məruz qoyan Ermənistan hökuməti, bir daha bu ərazilərdə azərbaycanlıların yaşamayacaqlarına özlərini inandırmağa çalışırlar. Məhz bu səbəbdən də bir zamanlar etnik təmizləməyə məruz qoyduqları ərazilərdə azərbaycanlılar yaşamış kənd və şəhərlərin erməni vəhşiliyinin yaratdıgı xarabalıqlarında və turizm üçün əlverişli yerlərdə erməni xaçları əks etdirilmiş “Monumental İncəsənət Abidələrinin” tikintilərini ilbəil genişləndirirlər. Əlbəttə ki, məqsəd gələcək nəsillərə bu ərazilərin tarixi erməni torpaqları olması təsəvvürünü yaratmaqdır. Dağıdılmış Azərbaycan mədəniyyəti fonunda bu mənzərələrin yaradılması, durmadan erməniləşdirilmə işinin aparılması dözülməzdir və olduqca təhlükəlidir.
Ermənilərin işgal etdikləri Azərbaycan ərazilərində Suriya və Livandan olan ermənilərin yerləşdirməsində bir məqsəd də onlardan muzdlu döyüşçü kimi istifadə etməkdir. Gün kimi aydındır ki, işgalda olan qədim Azərbaycan torpaqlarında məskunlaşdırılan muzdlular Azərbaycana qarşı terror cəhdləri edəcək və ya etməyə cəhd göstərəcəkdir. Ən təhlükəli məqamlardan biri də budur ki, işgal altında olan ərazilərimizdəki tarixi - dini abidələrimizi erməniləşdirib gəlmələrin vasitəsilə foto-video materiallarını dünyaya yaymaqla bu ərazilərin guya ermənilərə məxsus olmasını nümayiş etdirməyə cəhd göstərirlər. İstər Cenevrə konvensiyasının şərtlərinin pozulması, istərsə BMT Təhlükəsizlik Şurasının Daglıq Qarabag münaqişəsi ilə baglı qətnamələrinə məhəl qoyulmaması ikili standartlardan xəbər verir. Ermənistanın işgal etdiyi Daglıq Qarabag və onun ətrafındakı rayonlarda vandal siyasətinin yəqin ki, bir sonu olacaq. Azərbaycanın haqq səsi bir gün böyük gücləri qəflət yuxusundan ayıldacaq. Onlar anlayacaqlar ki, erməni məsələsi tək Qafqazın deyil sivil bəşəriyyət üçün real təhlükədir. Təhlükənisə öncədən görüb ram etmək vacibdir.