YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Unutmaq olmaz ki, bundan sonrakı uğurlarımız bizim sosial məsuliyyətimizdən asılı olacaq

“Koronavirus pandemiyası bütün dünyada həm dövlətlərin idarəetmə və xidmət göstərmə bacarığını bir növ test etmiş oldu. Sosial-iqtisadi sferadan başlamış, səhiyyəyə qədər bütün sahələrdə mövcud problemləri bir qədər daha da dərinləşdirdi. Operativ və effektiv tədbirlər görə bilməyən yaxud görmək imkanları olmayan ölkələrdə koronovirus sözün tam mənasında bir fəlakətə çevrildi və təssüf ki, bu proses hələ də davam edir. Bu müqayisədə bir də Azərbaycan təcrübəsinə baxdıqda onun ən nümunəvi təcrübələrdən biri olduğu ortaya çıxır. Bu fikirləri yap.org.az saytına “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, “COVID 19”  infeksiyası başlayandan bəri ölkəmizdə koronovirusa qarşı mümkün bütün tədbirlər vaxtında həyata keçirilməyə başlandı və dövlətin və cəmiyyətin bütün resursları bu istiqamətdə səfərbər edildi. Əgər pandemiyaya qarşı mübarizənin effektli aparılması üsullarına diqqət yetirsək, burada üç mühüm istiqamətə diqqət etməyimiz lazımdır. Bunlardan birincisi dövlətin, ikincisi cəmiyyətin davranışları və üçüncüsü alınan tədbirlərin doğruluq payının dərəcəsidir.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanda hər üç istiqamət üzrə işlər düzgün təşkil edildi. Elə Prezident İlham Əliyev iyunun 9-da daha üç modul tipli xəstəxananın açılışı zamanı həkim kollektivi ilə görüşündə çıxışı zamanı məhz bu məsələlərə bir daha toxunaraq qiymətləndirmə aparması ölkəmizdə koronovirusa qarşı aparılan mübarizənin nə qədər effektli olduğunu göstərmiş oldu.

“Hər şeydən öncə qeyd etmək lazımdır ki, yeni açılan xəstəxanalar COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm əhəmiyyət kəsb etməklə ölkəmizin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaratdı. Bununla da ağır xəstələr üçün çarpayı sayı təqribən 7 minə çatdırıldı. Başqa bir məsələ xəstəxanaların quraşdırılmasında özəl sektorun fəaliyyətinin artmasıdır ki, bu da mühüm hadisədir. Azərbaycanda quraşdırılan 10 bu tipli xəstəxananın 4-nü özəl sektor öz vəsaiti hesabına inşa edəcək. Beləliklə, dövlətin üzərindən yük bir qədər qalxacaq. Ən mühüm məsələlərdən biri isə koronovirusa qarşı mübarizədə xalqın öz dövlətinin yanında olması hadisəsidir ki, bu məsələni də Azərbaycan Prezidenti xüsusi vurğulayaraq qeyd etdi ki , Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı və ilkin olaraq Prezidentin ehtiyat fondundan bu fonda 20 milyon manat vəsait ayrıldı. Ancaq bu prosesə vətəndaşlarımız və sahibkarlarımız da fəal qoşularaq fonda 100 milyon manatdan çox vəsait köçürdülər. Bu, bir daha onu göstərir ki, xalqımız çətin dövrdə birləşə, həmrəylik və birlik göstərə bilir. Doğurdan da, bu hadisə vətəndaş-dövlət həmrəyliyinin ümümi maraqlar naminə səfərbər ola bilməsinin ən gözəl nümunələrindən biridir. Eyni zamanda, ictimai təşkilatlar, ilk növbədə, Heydər Əliyev Fondu və digər ictimai təşkilatlar, bu dövrdə maddi vəziyyəti aşağı olan insanlara humanitar yardım göstərdilər və bu proses indi də davam edir. Qeyd olunanlarla bərabər əldə etdiyimiz uğurlar bir də müqayisəli təhlil apararkən daha qabarıq ortaya çıxır. Prezident İlham Əliyev öz nitqində bu məsələyə də toxunaraq bildirdi ki, dünyada hər şey müqayisə ilə ölçülür. Misal üçün bu günə qədər Azərbaycanda yoluxanların sayı 8 minə qədərdir, 350 mindən çox test keçirilib və adambaşına testlərin sayına görə biz qabaqcıl yerlərdəyik. Ancaq qonşu Ermənistanda yoluxanların sayı 13 mini ötüb və testlərin sayı bizdəkindən 5-6 dəfə azdır. Nəzərə alsaq ki, Ermənistan əhalisi Azərbaycan əhalisindən 5 dəfə azdır, mənzərə tam aydındır. Yaxud bəzi inkişaf etmiş ölkə var ki, orada ölənlərin sayı bizdə yoluxanların sayından çoxdur. O inkişaf etmiş ölkələr ki, orada səhiyyə sistemi həmişə etalon, bir nümunə hesab edilib. Bəzi inkişaf etmiş ölkələrdə, o ölkələrdə ki, əhalisi bizimlə təxminən eynidir, on minə yaxın insan ölüb. Bizdə isə sadəcə yoluxanların sayı 8 minə qədərdir. Ona görə bizdəki yanaşma, - hər bir yoluxmuş insana tibbi xidmət göstərilir, - ən düzgün, ən humanist yanaşmadır və bu istiqamətdə əlavə addımlar atılacaq. Bu faktların özü özlüyündə bir obyektiv qiymətləndirmədir və Azərbaycanda koronovirusa qarşı mübarizənin necə uğurla həyata keçirildiyini göstərir. Ancaq şübhəsiz ki, arxayınçılıq hissinə qapılmaq əsla olmaz. Unutmaq olmaz ki, bundan sonrakı uğurlarımız bizim sosial məsuliyyətimizdən asılı olacaq”-deyə, deputat qeyd edib.