YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məzahir Pənahov: Bütün bələdiyyələrdə tərkib formalaşmış sayılır

Dekabrın 24-də gecə saat 4:00-da artıq bütün bələdiyyələr üzrə məlumatlar Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib. Bütün bələdiyyələrdə tərkib formalaşmış sayılır, 15 min 35 lider üzv müəyyənləşib.
Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dekabrın 24-də keçirdiyi mətbuat konfransında söyləyib.
MSK sədri deyib ki, bələdiyyə seçkilərində 4 milyon 819 min 382 seçicidən 1 milyon 876 min 14 nəfəri səsvermədə iştirak edib. Yəni,
seçici fəallığı 38,93 faiz təşkil edib. Bu da yüksək göstəricidir, ötən bələdiyyə seçkiləri ilə müqayisədə 6-7 faiz artıqdır.
M.Pənahov diqqətə çatdırıb ki, dekabrın 23-də bütün gün ərzində məntəqələrdə səsvermənin gedişi, seçicilərin fəallığı, müşahidəçilər, namizədlər, onların nümayəndələri və digər seçki subyektlərinin məntəqələrdəki fəaliyyəti MSK-nın diqqət mərkəzində olmaqla həm də operativ şəkildə ictimaiyyətə çatdırılırdı. Bütün məntəqələr Azərbaycan seçicilərinin konstitusion hüququ olan seçmək imkanlarının həyata keçirilməsi üçün tam hazırlıqlı vəziyyətə gətirilmişdi. Dünən bir daha təsdiq olundu ki, Azərbaycanda seçkilərə hazırlıq yüksək səviyyədə təşkil edilmişdi.
MSK sədri qeyd edib ki, seçkilərdə 1 yerə 2,5 namizədin olması böyük göstəricidir. Seçicilərin fəallığı da nəzərə alınarsa, bu, Azərbaycan vətəndaşlarının müstəqil dövlətimizə etimadının göstəricisidir. Artıq seçki ilə bağlı səsvermə də daxil olmaqla, böyük mərhələ arxada qalıb. Bu gündən başlayaraq MSK-ya protokollar daxil olacaq.
Bildirilib ki, indiyədək Komissiyaya rəsmi müraciət daxil olmayıb, lakin “qaynar xətt”ə 150-yə yaxın sorğu və məlumat xarakterli zənglər daxil olub və bunlar da operativ şəkildə cavablandırılıb. Qısa müddətdə seçkiyə yekun vurulacaq.
M.Pənahov vurğulayıb ki, yerlərdə səsvermənin gedişində müşahidəçilər, KİV-lərin nümayəndələri ilə bağlı hansısa xoşagəlməz halların baş verməməsi sevindirici haldır və bu da MSK-nın keçirdiyi çoxsaylı maarifləndirmə tədbirlərinin nəticəsidir. Komissiya növbəti seçkilərdə də bu praktikanı davam etdirəcək.

 

DİGƏR Xəbərlər Arxiv