YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Pirallahı rayon təşkilatında 28 May – Respublika Günü ilə əlaqədar videokonfrans keçirildi

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatında “28 May – Respublika Günü” ilə əlaqədar tədbir keçirildi. Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı ilk partiya təşkilatı sədrlərinin iştirakı ilə videokonfrans formatında keçirilən tədbir 186 №-li orta məktəb ilk partiya təşkilatı sədrinin müavini Həcər Ramazanovanın təklifindən sonra Dövlət Himninin oxunması ilə açıq elan olundu.

Giriş sözü ilə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qeyd etdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 102 il ötməsinə baxmayaraq, hər bir azərbaycanlı bu şanlı tarix ilə qürur duyur: “Biz bu gün də Cümhuriyyətin tarixini, onun görkəmli şəxsiyyətlərinin fəaliyyətini dərindən öyrənməli, ideyalarını təbliğ etməli, təcrübəsindən bəhrələnməliyik. Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətininin dövlətimiz və xalqımız tərəfindən yüksək qiymətləndirildiyini nəzərə alaraq, Prezident cənabİlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmişdir. Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.

Bu gün ulu öndər Heydər Əliyevin açdığı yolla Azərbaycan xalqı qətiyyətlə addımlayır. Mövcud iqtidarın vahid birliyi nəticəsində ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan Onun müəyyən etdiyi strateji xətlə inamla  inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə ulu öndər Heydər Əliyevin layiqli varisi, dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezidentimiz cənab İlham Əliyevdir. Dövlətimiz və xalqımızın həyatı üçün ən mühüm əhəmiyyət kəsb edən prinspial məsələlərdə Prezident İlham Əliyev Azərbaycan dövlətinin artan qüdrətini, sarsılmaz təmələ malik olan dövlətçilik ənənələrini öz məhsuldar fəaliyyəti ilə sübut edir.

Çıxış edən digər tədbir iştirakçıları da Azərbaycan xalqını “28 May – Respublika Günü”  və müqəddəs Ramazan bayramı münasibət ilə təbrik edərək bir daha vurğuladılar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən liderliyi ilə günü-gündən daha da inkişaf edən və bölgədə olduğu kimi, qlobal miqyasda da nüfuz sahibi olan Azərbaycan bütün sahələrdə yeni-yeni nailiyyətlər əldə edəcəkdir.